14 fevral 2020 18:27
623

Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısında iştirak edib.

Publika.az xəbər verir ki, prezident toplantıda Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirəyə çıxarıb.

Bu barədə Kremlin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Açıqlamada yeni tip koronavirusun (Covid-19) yayılması və qlobal iqtisadiyyata təsirinin müzakirə edildiyi də bildirilib.

Qeyd edək ki, Bəşər Əsəd rejimi İdlibdə Türkiyə Silahlı Qüvvələri və müxaliflərin mövqelərinə zərbələr endirir. İdlibin hava məkanını Rusiya ordusu qoruyur.