05 dekabr 2019 19:59
169

“PSA Norway” sızmanın tədqiqatına başlayıb

Norveçin “Petroleum Safety Authority Norway” (PSA) təşkilatı noyabr ayının 26-da “Equinor “şirkətinin “Statfjord A” platformasından sızan neftin səbəbini öyrənmək üçün tədqiqatlara başlayıb. İlk öncə sızmanın səbəbini “Statfjord A “platformasındakı saxlama sisteminin səbəb olduğu deyilsə də, bu dəqiq nəticə deyil. Sızma şirkət tərəfindən ilk dəfə dənizin səthində göründüyü andan etibarən aşkar edilib. Şirkət dərhal hasilatı dayandırıb. Sızan neftin 11000-21000 qallon təşkil etdiyi deyilir.

“İki sahil” “maritime-executive.com” saytına istinadən xəbər verir ki, hazırda PSA komandasının mütəxəssisləri təmizləmə işlərinə start verib və sızmanın səbəbi axtarılır.

Qeyd edək ki, “Statfjord” yatağı Şimal dənizinin şimalında Tampen adlı ərazidə, Norveçlə Birləşmiş Krallığın sərhədində yerləşir . “Statfjord A platforması” isə yataqdakı ən qədim 3 avadanlıqdan biri hesab olunur və 1979-cu ildən fəaliyyətdədir.