16 may 2019 16:43
236

Prezident zavod açılışında iştirak edib

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesi ilə tanış oldu.

Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.