29 iyun 2020 14:04
766

Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.