01 aprel 2020 23:59
955

Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Şamil Ayrımın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilib.