14 may 2019 17:54
242

Premyer Liqa VAR-a hazırlaşır

Növbəti mövsümdən İngiltərə Premyer Liqasında VAR sistemi tətbiq olunacaq.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı işlərə start verilib. İngiltərəli sabiq hakim Mayk Rayli hazırlıqların davam etdiyini bildirib:

“VAR-ın məqsədi səhvlərin qarşısını almaqdır. Ancaq oyunları bu otaqdan idarə etmək fikrimiz yoxdur. Son qərarı həmişəki kimi, meydandakı hakim verəcək. Premyer Liqanın bu sistemdən ən yaxşı şəkildə yararlanmasını istəyirik. Gözləntilərimiz çox yüksəkdir".

Rayli VAR araşdırması üçün maksimum 90 saniyə vaxt ayırılacağını söyləyib: "Ən yaxşı rakursu tapmaq üçün epizodu dəqiqələrlə incələmək olar. Lakin Premyer Liqa oyununu bu qədər müddətə saxlamaq olmaz”. 

Qeyd edək ki, ingilislər sözügedən sistemi artıq sınaqdan keçiriblər. Premyer Liqanın sonuncu - 38-ci turunda VAR otağından eyni vaxtda 10 oyun izlənilib.