11 sentyabr 2019 13:41
204

“Premier”–EKOL futzal oyunu ilə Yüksək Liqanın yeni mövsümünə start veriləcək

Bu gün futzal üzrə Yüksək Liqada birinci turun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında beş qarşılaşma oynanılacaq.

Çempionata “Premier” (Quba) – EKOL oyunu ilə start veriləcək. Oyunun baş hakimi Anar Fərəcov olacaq.

Sonra meydana “Araz” və “Baku Fire” komandaları çıxacaqlar. Görüş Mehman Mahmudova tapşırılıb.

Turun üçüncü qarşılaşması “Bakı” və “Yasamal” komandaları arasında keçiriləcək. Matçda baş hakim funksiyasını Əli Cəbrayılov yerinə yetirəcək.

Ardıcıl keçiriləcək “Marafon”–“Neftçi” oyununu Hikmət Qafarlı, “Xızı”–“Record club” qarşılaşmasını isə Azər Əsgərov idarə edəcəklər.