09 sentyabr 2019 11:15
172

Pozitiv insanlar daha çox yaşayır?

ABŞ-da aparılan bir araşdırma, nikbin insanların bədbin insanlara nisbətən daha uzun ömür sürdüklərini ortaya qoyub.

Pozitiv insanların 85 yaşından çox yaşama ehtimalı daha yüksəkdir. Bu vəziyyət optimistlərin duyğularını daha asan tənzimləmək və stresin mənfi təsirlərinin qarşısını almaq qabiliyyəti ilə əlaqələndirilir.

Tədqiqatçılar hər şeyin yolunda getdiyi bir gələcəyin xəyalını qurmaq kimi üsulların bədbin insanlar üçün faydalı olacağını bildirib.

Fərqli araşdırmalar bir araya gəlmiş 70 min qadın və 1500 nəfər kişi üzərində aparılıb. Onların ümumi sağlamlığı və nikbinlik dərəcələri, idman və qidalanma vərdişləri, siqaret və spirt istifadəsi araşdırılıb.

Nəticədə ən az optimist qrupla müqayisədə ən nikbin kişi və qadınların orta ömrü 11-15 faiz idi və 85 yaşa qədər yaşamaq ehtimalı daha yüksək idi.

Xəstəliyi və ölümü yaradan risk faktorları haqqında daha çox məlumatımız olsa da, sağlam yaşlanmanı təmin edən amillər və tədqiqatçıların “müsbət psixoloji amillər” adlandırdıqları haqqında az şey məlumdur.

“Nəticələr göstərir ki, nikbinlik səviyyəsinin artması uzun ömür və sağlam yaşlanma təmin edə bilər” deyə Boston Universiteti Tibb Məktəbinin psixiatriya kafedrasının dosenti Levina Li söyləyib.

Bildirib ki, daha nikbin insanların hədəflərinə və inanclarına daha tez çatdıqları, problem həllində daha təsirli olduqları və stresli vəziyyətdə duyğularını tənzimləmələri daha yaxşıdır.

Bristol Universitetinin inkişaf psixologiyası kafedrasının müdiri, “xoşbəxtlik elmini” öyrədən professor Brus Hud isə bu araşdırmanın müsbət düşüncənin faydaları haqqında mövcud məlumatları dəstəklədiyini söyləyib.

Professor Hud optimistlərin stresin öhdəsindən daha yaxşı gələ bilməsinin onların hər hansı bir mənfi hadisəyə görə narahat olmamaları ilə əlaqəli olduğunu deyib.

Stress immun sisteminə təsir göstərir, buna görə də optimistlərin orqanizmi infeksiyalara qarşı daha güclüdür.

Röya Rasimqızı,

“İki sahil”