27 fevral 2020 15:51
1599

Portuqaliyanın əsrarəngiz qalası - FOTO

Quinta da Regaleira Portuqaliyanın ən sirli yerlərindən biridir. Cəngavərlərin  yaşadığı və sonradan iddialara görə sirli görüşlər keçirdiyi Quinta da Regaleira bu gün də turistlərin diqqət mərkəzindədir.

“İki sahil” xəbər verir ki. Portuqaliyanın ən diqqət çəkən yerlərindən biri olan bu tarixi qala məbəd cəngavərlərinin yüz illər əvvəl yaşadığı bir qüllə olub.

Sintra bölgəsində yerləşən Quinta da Regaleira YUNESKO-nun Dünya İrsi Siyahısındadır. Qotik memarlıq nümunəsini əks etdirən qüllə görüntüsü ilə diqqəti cəlb edir.

Spiral quruluşda inşa edilən Quinta da Regaleira qülləsi inanclara görə sirli görüşlərin keçirildiyi bir yerə çevrilmişdi.

12-ci əsrdə inşa edilən Quinta da Regaleira bu gün Sintra bölgəsinə gələn turistlərin maraqlandığı məkanlardan biridir.