09 noyabr 2019 12:24
131

Polislər aksiyaçıların tərəfinə keçdi

Boliviyada prezident Evo Moralesin qalib gəldiyi seçkilərdə hiyləyə əl atıldığı iddiası ilə başlanan etiraz aksiyalarında şok gəlişmə yaşanıb.

Publika.az xəbər verir ki, bəzi şəhələrdə polislər müxalif aksiyaçılara qoşulub.

Ölkə mətbuatının xəbərlərinə görə, Sukr, Santa Kruz və Kokabamba şəhərinin polisləri Moralesin hakimiyyətinə qarşı ayağa qalxıb. Müdafiə naziri Xavyer Zabaleta məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada etirazçı polislərə qarşı ordudan istifadə edilməyəcəyini, sözügedən şəxslərə qarşı elə polis qüvvələrinin göndəriləcəyini deyib.

Qeyd edək ki, seçkilərdə Morales 47,8% səslə qalib gəlmiş, rəqibi sabiq prezident Karlos Mesa isə 36,51% səs toplamşdı.