08 mart 2019 12:25
494

Polisdən uğurlu əməliyyat

10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, martın 7-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 9 kiloqram marixuana və 1 kiloqrama yaxın heroin götürülərək qanunsuz dövriyyədən çıxarılıb.  

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.