25 noyabr 2020 04:40
474

"Playstation 5" sifariş etdi, bulğur aldı

Böyük Britaniyada Amazon vasitəsilə Playstation 5 konsolu sifariş edən oyun həvəskarı qeyri-adi hadisə ilə qarşılaşıb.

"İki sahil" Ted.az-a istinadən xəbər verir ki, bu barədə Adam Sullivan adlı Tvitter istifadəçisi paylaşım edərək bildirib ki, qutudan oyun konsolu əvəzinə bulğur çıxıb.

Bu barədə açıqlama verən Amazon rəsmiləri qeyd ediblər ki, bu kimi yanlış çatdırılmaların sayı kifayət qədərdir. Sİfarişlərin bəzilərində konsol yerinə oyuncaq tapança, masaj aləti, heyvan yemi kimi çatdırılıb. Vurğulanıb ki, 48 saat ərzində yanlışlıq düzəldiləcək, sifarişi səhv çatdırılan şəxslərə isə hədiyyə təqdim olunacaq.