08 noyabr 2019 16:54
153

Platini UEFA-dan əmək haqqı borcunu tələb edir

UEFA-nın sabiq prezidenti Mişel Platini Avropa futbol qurumunun ona olan əmək haqqı borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

“Report”un AFP-yə istinadən verdiyi məlumata görə, 64 yaşlı fransalı funksioner 7,2 milyon avro tələb edir. Bunun 5,5 milyon avrosu əmək haqqı borcudur. 

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza müddəti 4 ilə endirilib və bu ilin oktybarında başa çatıb.