12 iyul 2019 12:00
90

PKK Türkiyədə terror aktı törədib

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonu ərazisində törədilən terror aktı nəticəsində mülki təhlükəsizliyin üç qarovulu yaralanıb.

AZƏRTAC xəbər verir ki, terror aktı PKK-çılar tərəfindən zibil qabına yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verib. Təhlükəsizlik qüvvələri bölgədə antiterror tədbirlərini gücləndirib.

Türkiyə qırıcıları isə İraqın şimalındakı Avaşin-Basyan və Metina bölgələrindəki terror hədəflərini bombalayıb. Bildirilir ki, dəqiq zərbələr nəticəsində 5 terrorçu məhv edilib.