25 noyabr 2020 17:55
363

“PetroVietnam” hədəflərinə nail olub

 Vyetnamın “PetroVietnam” enerji şirkəti koronavirus pandemiyasına və qlobal şəkildə xam neft qiymətlərinin düşməsinə baxmayaraq, cari il üçün planlaşdırdığı hədəfə çatmaq ərəfəsində olduğunu açıqlayıb.

"İki sahil" xəbər verir ki, noyabr ayının 15-dək olan dövr ərzində Vyetnamda 18,12 milyon ton xam neft və qaz ekvivalenti həcmində ehtiyat hasil edilib.

 Bu müddət ərzində neft məhsulları emalı sahəsində də hədəflər reallaşıb.

 Qeyd edək ki, “PetroVietnam” Vyetnamın dövlət büdcəsinin ən əsas təminatçısıdır və Cənub-Şərqi Asiya ölkələrinin ümumidaxili məhsulunun 10% -dən çoxunu özündə cəmləşdirir.

Nubar Süleymanova,

“İki sahil”