10 oktyabr 2019 16:53
155

“Petkim” cari ilin ikinci rübündə istehsal gücünü 100%-ə çatdırıb

“Petkim” 2019-cu ilin ilk yarısında STAR neft emalı zavodundan 260 min ton xammal alıb." "İki sahil"  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Petkim Petrokimya Holding A. Ş."nin baş diretoru Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, öz nafta tələbatını, demək olar ki, tam həcmdə ödəməklə STAR NEZ-lə sinerji yaratmağı, beləliklə də, ortamüddətli bir perspektivdə məhsuldarlığını artırmağı planlaşdırır: "Ötən ilin son rübündə aparılan  yenidənqurma işlərindən sonra yüksək istehsal göstəricisinə nail olan “Petkim” cari ilin ikinci rübündə istehsal gücünü 100%-ə çatdırıb."
A.Məmmədov vurğulayıb ki, 2019-cu il həm rəqəmsallaşma, həm də STAR NEZ  ilə inetqrasiya istiqamətində görülən işlərin nəticəsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"