08 avqust 2019 12:01
191

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Avqustun 8-i səhər saat 09:00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.

“Azəriqaz” İB-dən bildirilib ki, bu müddət ərzində Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.