26 fevral 2020 18:21
1259

Paytaxtda partlayış - 9 nəfər

Əfqanıstanın paytaxtı Kabildə bombalı hücum təşkil olunub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəsrət Rəhimi media nümayəndələrinə verdiyi açıqlamada motosikletə yerləşdirilən bombanın insanların kütləvi olduğu ərazidə partladıldığını söyləyib.

Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.