22 oktyabr 2019 15:41
229

Paytaxtda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində bir sıra tədbirlər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə sarı kəsişmə toru təşkil edilib, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.