15 mart 2019 19:15
188

Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır

Qlobal miqyasda geosiyasi vəziyyətin yenidən mürəkkəbləşməsi regional münaqişələrin həlli məsələsini daha da aktuallaşdırır. Ukrayna, Gürcüstan və Azərbaycan üçün bunun əhəmiyyəti danılmazdır. Bu üç keçmiş sovet respublikası ərazi bütövlüklərini bərpa etmək uğrunda gərgin mübarizə aparırlar. Azərbaycan daha mürəkkəb şəraitdə inamla mübarizəsinə davam edir. Çünki Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər daha açıq və konkret danışırlarsa, Ermənistanın təcavüzkarlığını elə də qabartmırlar. Hətta siyasi və diplomatik aspektlərdə ona dəstək verənlər də var. Hərbi və maliyyə yardımları göstərilir. Hələ heç bir işğalçı ölkəyə bu cür arxa duran olmayıb. İndi Nikol Paşinyan "şıltaqlıq" edərək, yeni təxribatlara əl atır. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz və icazəsiz səfər edərək, orada iclas keçirir. Adını da "Ermənistan və Arsaxın təhlükəsizlik şuralarının ortaq toplantısı" qoyur. Beynəlxalq hüquq normalarına tam zidd olan bu təxribatçı davranışa ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir münasibət bildirmirlər. Nəticədə, regionda təhlükəsizliyə yeni ciddi təhdidlər meydana gəlir. Bu məqam üzərində geniş dayanmaq gərəkdir.

"Strateji məsləhətləşmələr": Ermənistan rəhbərliyi beynəlxalq hüquqa qarşı

Erməni siyasi şüurunun atrofiyalarını izləmək həmişə maraqlıdır. Çünki əsrlərdir ki, erməni beyni Alsheymer xəstəliyindən əziyyət çəkir və hazırda özünün yeni, daha absurd mərhələsinə qədəm qoyub. İndi erməni cəmiyyətində tarixi yaddaş pozğunluğu, intellektual fəaliyyətdə tənəzzül və nəticədə, total ağıl çatışmazlığı inkişaf edir. Bu əlamətləri daha çox Ermənistan rəhbərliyinin atdığı addımlarda və ekspert dairələrinin "analizləri"ndə görmək mümkündür. Erməni rəhbərliyinin ağıl zəifliyi əlamətlərindən biri, marionet media qurumlarına göstəriş verərək Ermənistanla Rusiyanın yola getmədiyi görüntüsü yaratmağa və paralel olaraq Rusiyanın Azərbaycana Dağlıq Qarabağ məsələsində ciddi yardım etdiyi təsəvvürü formalaşdırmağa çalışmaqda özünü göstərir. Əsrlərdir kənar qüvvələrin oyuncağı və köləsi olan bir kütlə indi primitiv üsullarla başqalarına tələ qurmağa çalışır. Hesab edir ki, Qarabağdakı savaşda o qalib gəlib və hamı buna inanır. Qəribədir ki, bu psixi xəstəlik indi də Ermənistan rəhbərliyində davam edir, özü də hökumət başçısının öz havadarlarına baş çəkməsindən sonra daha da şiddətlənir.

"Küçə-meydan demokratı"nın İran və Almaniyaya səfərindən sonra atdığı addımlar erməni siyasi şüurunda anormallığın daha da yüksəldiyinə dəlalət edir. N.Paşinyan Dağlıq Qarabağdakı erməni terror təşkilatının yerləşdiyi binaya gələrək "strateji məsləhətləşmələr" aparıb. Guya "Arsax Respublikası" ilə "Ermənistan Respublikası"nın təhlükəsizlik şuraları birgə iclas keçirib, "tarixi" qərarlar çıxarıblar. Erməni oyuncaq KİV-ləri yazır ki, "Arsax hökuməti" Ermənistan rəhbərliyinə onun adından danışmaq mandatını verməyib. Və Azərbaycan tərəfi bundan "çox narahat olub". Hətta Azərbaycanın xarici işlər naziri Moskvaya zəng vuraraq, ermənilərdən "şikayət" edib.

Bu cəfəng cızma-qaralar üzərində dayanmamaq daha faydalı olardı. Lakin bir sıra məqamlar var ki, onları hörmətli oxucu aydın bilməlidir. Hər şeydən öncə, Ermənistan siyasi və ekspert dairələrinin dedikləri hansısa "Arsax Respublikası" yoxdur. Real olanı havadarlarının aktiv və həlledici dəstəyi ilə erməni quldur və vəhşi silahlı dəstələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsidir. Bu, beynəlxalq təşkilatların sənədlərində də aydın vurğulanıb. Məsələn, BMT-nin məlum dörd qətnaməsində açıq yazılıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Aİ və NATO-nun da qəbul etdiyi sənədlərdə ölkələrin ərazi bütövlüyünün təmin olunması məsələsi birmənalı qoyulub. Konkret olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda qəbul edilən sənədlərin, ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadələrinin ana xəttini ərazi bütövlüyü təşkil edir.

Bütün bunlara baxmayaraq, erməni siyasi dairələri həyasız və məsuliyyətsizcəsinə iddia edirlər ki, millətlərin təyini-müqəddərat hüququ daha önəmlidir. Hətta bu günlərdə Ermənistana səfər edən Gürcüstan Prezidenti Salome Zurabişvilinin öz müqəddəratını təyinetməyə münasibət bildirməməsini "siyasi qorxaqlıq" kimi qələmə verirlər. Bunun fonunda Gürcüstanın ərazi bütövlüyünü beynəlxalq təşkilatların dəstəklədiyini də yazırlar. Deməli, erməni intellektual reallığı o dərəcədə dolaşıb ki, adi həqiqəti belə dərk edə bilmir: Gürcüstan kimi, Azərbaycan dövlətinin də ərazi bütövlüyü təmin edilməlidir. Əgər bunu hansısa beynəlxalq təşkilat qəbul etmirsə, beynəlxalq hüquq normalarını və BMT-nin Nizamnaməsini yaxşı öyrənməlidir. Yox, əgər kimlərsə yenə ikili standartlar siyasətinə və diplomatik ibarələrə üstünlük verirsə, sonunu özü düşünsün. Çünki nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət əvvəlki deyil. Azərbaycan bütün sahələrdə Ermənistandan qat-qat güclüdür. Azərbaycan Ordusu çox qısa müddətdə erməni silahlı dəstələrini darmadağın etmək qüdrətindədir. Bunu 2016-cı il Aprel döyüşlərində və Naxçıvan əməliyyatında erməni hərbi dairələri aydın gördülər. İndi də hansısa Vanesyanın Dağlıq Qarabağda hansısa erməni qrupunu ziyarət etməsi heç nəyi dəyişmir – erməni ordusu Azərbaycan Ordusunun zərbələri altında sabun köpüyü kimi partlayacaq!

Regiona təhlükə: daha riskli vəziyyətə doğru...

Beynəlxalq ictimaiyyətin mövqeyinə gəldikdə isə, artıq dünya "5-dən böyük (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü), birdən də (ABŞ) xeyli böyük" olduğunu anlayıb. Yeni geosiyasi qüvvələr meydana çıxır. Və onlar heç də erməni yalanlarına uymaqda və onları işğal siyasətində dəstəkləməkdə maraqlı deyillər. Baxın, son illər Rusiya-Türkiyə münasibətləri hansı səviyyəyə yüksəlib! İran-Türkiyə və İran-Azərbaycan münasibətlərində hansı irəliləyişlər baş verib! ABŞ hansı sürətlə dünyada nüfuzunu itirir! Bütün bunlar beynəlxalq aləmdə hüququn təmin edilməsi zərurətini ortaya qoyur. Gec və ya tez heç bir böyük dövlət ermənilərin iddialarına görə ədalətsiz və ikili yanaşmalara uyğun addım atmaq istəməyəcək. Onda Ermənistanın hansı gülünc və aciz vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil. O həqiqət anında erməni ordusunun zəifliyi və gücsüzlüyü bütün çılpaqlığı ilə dünyaya məlum olacaq. İllərdir günahsız azərbaycanlı əsirlərə işgəncələr verən quldur ermənilərə işlətdikləri cinayətlərin cəzasını hüququn tam gücü ilə kəsənlər tapılacaq. Buna kimsənin şübhəsi olmasın! O cümlədən təhlükəsizlik şuraları adı altında Xankəndidə toplanıb xısın-xısın danışan bir qrup erməni anlamalıdır ki, vaxt gələcək bu kimi hərəkətlərin cəzasını alacaqlar. N.Paşinyan bir tərəfdən müharibə olmasın deyib, yalvarır, o biri tərəfdən isə qanunsuz və təxribatçı hərəkətlər edərək vəziyyəti daha da gərginləşdirir. Belə görünür ki, ona müəyyən qüvvələr təminat verməyə çalışırlar ki, hərəkətləri cəzasız qalacaq. Ancaq burada onlar bir məqamı unudurlar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tənzimləməli olan ATƏT-in Minsk qrupu vardır. Əgər bu qrup passiv qalmaqda davam edərsə və bunun fonunda Ermənistan tərəfi təxribatçı addımlarını atarsa, Azərbaycanın bunlara müstəqil reaksiya vermək hüququ vardır. Bir tərəfdən, Minsk qrupu vəzifəsinin öhdəsindən gəlmədiyinə görə, aciz duruma düşəcək, digər tərəfdən isə Ermənistan aqressiv hərəkətlərinə davam etdiyinə görə, hərbi zərbə alacaq. Deməli, faktiki olaraq, Ermənistan hökuməti həm münaqişənin həlli prosesini, həm də bütövlükdə regionu geosiyasi aspektdə dalana sürükləyir. Bunun qarşısını onun havadarları almasalar, özləri də ziyan görəcəklər.

Bununla yanaşı, Ermənistan rəhbərliyi açıq surətdə danışıqları dalana yönəltməyə çalışır. Bir tərəfdən onlar həm erməni terrorçu və separatçılarını danışıqlar masasına oturtmağa cəhd göstərir, digər tərəfdən isə Minsk qrupunun həmsədrlərini şantaj etməyə çalışırlar. Anlamaq lazımdır ki, Amerika Üsamə Ben Ladenlə, Rusiya terrorçu hesab etdiyi insanlarla, Fransa da Parisdə terror törədən adamlarla danışmadığı kimi, Azərbaycan da minlərlə insanı qətlə yetirən erməni terrorçularla bir masa arxasında oturmaz. İŞİD-lə kim danışıq apardı? Və yaxud "Cəbhət ən-Nusra" ilə kim danışır? Üstəlik, adı çəkilən terror qrupları kimsənin torpağını işğal etməyib. Onlar öz torpaqlarında savaşırlar. Ermənistan silahlı qüvvələri isə quldurcasına Azərbaycan torpaqlarına başqalarının böyük köməyi ilə soxulub soyqırımı törədiblər. Xocalı soyqırımı vəhşiliyinə görə əsrin terrorudur. Bu əməllərin sahibləri ilə Azərbaycan hakimiyyəti müzakirə aparmalıdırmı?

Digər tərəfdən, reallıqdır ki, Xankəndidəki adamlar sadəcə oyuncaqdırlar. Onların böyük ağaları xarici ölkələrdədir, kiçik ağaları isə İrəvanda. İkiqat kölə nədən danışa bilər? Heç nədən. Bu səbəbdən də Ermənistan rəhbərliyinin atdığı hər bir addım əslində münaqişənin sülh yolu ilə həllinin qarşısını almağa hesablanıb. Azərbaycan bu cür təxribatların nə demək olduğunu çox yaxşı bilir. Rəsmi İrəvan ağlını başına toparlamasa, ona da başa düşdüyü dildən həmin həqiqəti anladacaqlar.

Beləliklə, N.Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, əslində, növbəti təxribatdan başqa bir şey deyil. Bu kimi addımlar real vəziyyəti müsbətə doğru dəyişə bilməz. Təbii ki, Azərbaycan da kimlərlə danışmalı olduğunu yaxşı bilir. Əgər qarşı tərəf susarsa və ya ara qarışdırmağa davam edərsə, Bakının alternativ üsula əl atmaq hüququnu heç kəs əlindən ala bilməz!

Newtimes.az