09 oktyabr 2019 17:28
206

Paşinyan müdafiə nazirini qovdu?

Ermənistanın Müdafiə naziri David Tonoyan istefaya göndərilib.

Axar.az xəbər verir ki, bu məlumatı “İrakanum.am” saytı yayıb. Məlumata görə, Tonoyan az öncə Baş nazir Nikol Paşinyanla görüşüb və ona vəzifədən azad edildiyi deyilib. Sayt həmçinin Paşinyanın bu barədə qərarı Ermənistan Prezidenti Armen Sərkisyana göndərdiyini yazıb.

Ermənistan Prezident Administrasiyası ilə hələlik onlara belə məlumatın gəlmədiyini bəyan edib. Müdafiə Nazirliyi də məlumatı təkzib edib və Tonoyanın hazırda ölkədəki hərbi təlimləri izlədiyi bildirilib.

Tonoyanın da yayılan məlumatları dezinformasiya adlandırıb.