12 yanvar 2019 13:50
69

Parisdə güclü partlayış - Yaralılar var

Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.

"İki sahil" Trend-ə istinadən xəbər verri ki, hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində baş verib.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə nəticəsində 1-i yanğınsöndürən olmaqla, 15 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, bu gün Parisdə "sarı jiletlər"in növbəti aksiyası planlaşdırılır.