26 yanvar 2021 05:15
532

Parana ştatında sərnişin avtobusu dərəyə aşıb

“İki sahil”in məlumatına görə, qəza zamanı avtobusda 59 nəfər olub. Qəza nəticəsində 21 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan 7-nin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.