05 iyul 2019 20:38
194

Paradoks: qaniçən Ermənistan və insan hüquqlarının qorunması

Diktatura rejimi ilə idarə olunan Ermənistanın BMT-nin İnsan Hüquqları Şurasına qəbulu ilə bağlı istəyi demokratik dəyərlərə ziddir

Ermənistanın baş naziri Nikol Paşinyanın “köhnə hamam, köhnə tas” siyasətindən təngə gələn insanlar yenə küçələrə axışırlar.  Meydan, küçə hərəkatı ilə hakimiyyətə sahiblənən,  səsucaldıcı vasitəsilə verdiyi vədləri artıq pıçıltı ilə belə  səsləndirməkdən ehtiyat edən,   erməni xalqına  verdiyi vədlərin yerinə yetirilməsinin qeyri- mümkün olduğunu  yəqinləşdirən Paşinyan özünə  imic qazanmaq üçün   korrupsioner hökumətdən miras qalan  mənimsəmə, rüşvətxorluq hallarını aşkarlamaqla hakimiyyətdə yerini möhkəmlətmək üçün vaxt qazanır.  Amma  göründüyü kimi  istəyinə nail ola bilmir.  Xarici ölkələrə səfərləri zamanı Qərbin yağlı tikəsinin həsrətində  olsa da, nəsibi qapı arxası olan baş nazirin parlamentli dövlət qur(a)maq  səyi də istənilən nəticəni vermədi. Zaman-zaman “ Rusiya,  ya   Qərb” dilemması arasında etdiyi  gedişin də işə yaramadığını görən, əlində investisiya yönümlü paketi, yaxud  birgə əməkdaşlıq üçün  fəaliyyət proqramı olmayan Paşinyanın heç əvvəlindən  iqtisadi inkişaf konsepsiyası belə  olmayıb. “Ermənistanın gələcəyi naminə çalışdığı” görüntüsü yaratmaq istəyən Paşinyanın boşuna  vaxt sərf etdiyini artıq hamı bilir. Rusiyanın soyuq  münasibətindən donan,   bütün hallarda öz mənafeyini düşünən  Avropa dövlətləri rəsmilərinin  sərt rəftarından çəkinən Paşinyanın özü üçün “mülayim  iqtisadi iqlimə malik” məkan axtarmaq cəhdi  baş tutmur. Hakimiyyətə gələn kimi  qarşıdurma yaratmaqda  mahir olduğunu KTMT-də törətdiyi  münaqişə ilə bildirən Paşinyana bu qurumda da  etibar və etimad demək olar ki, tükənib.  “ Qarabağ klanı”na qarşı  yaratdığı qarşıdurmadan başqa yaddaqalan elə bir fəaliyyətinin olmadığını etiraf edən,  Azərbaycana məxsus mənəvi dəyərləri oğurlamaqla özününküləşdirən ermənilər  ölkələrini “özününküləşdirib”, müstəqil dövlət kimi tanıda bilmirlər.  Davos İqtisadi Forumunda, başqa görüşlərdə iştirak edən dövlət və hökumət başçılarının  baş nazirə biganə münasibəti də təsdiqləyir ki,  işğalçılıq siyasətini davam etdirən  Ermənistanın   Qərb sərmayələrini cəlb etmək səyi ancaq xəyal ola bilər.

Ən əsası isə  ABŞ rəsmilərinin İrəvana səfərindən sonra  Ermənistana sərt üzünü göstərən  Rusiya  forpostuna verdiyi qazın qiymətini qaldırmaqla kifayətlənməyəcək, başqa  cəza tədbirləri də görəcək.

“Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb” söyləyən  cənab İlham Əliyevin reallığa əsaslanan bu sözlərini indi Paşinyan hakimiyyətinə etirazlarını meydanlara toplaşmaqla bildirən ermənilər təkrarlayır,  illərdən bəri  üzləşdikləri çətinliklərin hesabını  tələb edirlər. Qısası, kabab iyinə hakimiyyətə gələn Paşinyan uzunqulaq dağlanmasının pis qoxusunu  çəkməyə məcburdur. 

Yəni,  baş nazirin qısa müddətdə reytinqinin aşağı düşməsini  təkcə etiraz aksiyaları  təsdiqləmir. ABŞ-ın Beynəlxalq Respublika İnstitutu Ermənistanda yeni sorğu keçirib. Nəticələrə görə  əhali prezident Armen Sarkisyana  baş nazirdən daha çox etimad göstərib.

Beləki,  sorğuda iştirak edən respondentlərin 56 faizi Nikol Paşinyanı,  61 faizi isə prezident Armen Sarkisyanı dəstəkləyib.

İqtisadiyyatı hələ də böhran içərisində qalan, ölkəsinin sərhədlərini Rusiyanın hərbçiləri  qoruyan Paşinyan üçün “Vətən sərhəddən başlanır” sözlərinin də  heç bir əhəmiyyəti yoxdur.  Çünki Vətən o zaman müqəddəs olur ki, onu qoruyan bu torpağın yetirmələri olsun.

Arabir eşidilən, heç bir beynəlxalq hüquqa əsaslanmayan bəyanatları ilə  əhalini sakitləşdirməyə çalışan işğalçı, oyuncaq hakimiyyətin məmurlarının sayıqlamaları da aksiyaların dayandırılmasına  kömək etmir.  Kriminal, korrupsioner, qaniçən,  yalançı hakimiyyətin sabiq prezidentləri Sarkisyanın, Koçaryanın, oğru generalların tam iflasa uğratdığı Ermənistanın bu vəziyyətə düşməsinin səbəbinin  işğalçılıq siyasəti olduğunu hələ də anlamayan, qlobal enerji və nəqliyyat layihələrindən kənarda qalan Ermənistanın  gələcək üçün perspektivi yoxdur. Hər il 50-60 min nəfərin tərk etdiyi Ermənistanın demoqrafik vəziyyəti də acınacaqlıdır

Aprel döyüşlərinə, Günnüt əməliyyatına, Lələtəpədə dalğalanan üç rəngli bayrağımıza özlərinin sonu kimi baxan ermənilər Silahlı Qüvvələrimizin qüdrəti qarşısında aciz olduqlarını hər an hiss edirlər. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam””la  “fəxr etdiklərini” bildirən ermənilərin bu orduları ilə bağlı  “qürurları”  da  fiaskoya uğradı. Sadə erməniləri boş vədlərlə aldadaraq, zəbt etdikləri  Azərbaycan torpaqlarında yerləşdirməklə işğala haqq qazandırmağa çalışan Ermənistan rəsmiləri bir həqiqəti unudurlar ki,  separatçı rejimin keçirdiyi seçkiləri, referendumu heç bir dövlət, beynəlxalq təşkilat tanımır.  Şərq Tərəfdaşlığına üzv ölkələrin sammitlərində  dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün, müstəqilliyinin birmənalı şəkildə dəstəkləməsi o deməkdir ki, işğalçı  Ermənistan  istəsə də , istəməsə də  Azərbaycan torpaqlarını tərk etməlidir. Azərbaycan  heç vaxt ərazisində ikinci erməni dövlətinin  yaranmasına imkan verməyəcək. Azərbaycan xalqı  tarixi torpaqlarımızı  heç vaxt unutmur və  unutmayacaq. Nəinki Dağlıq Qarabağ,  İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalları da Azərbaycanın tarixi əraziləridir. Ermənistanın işğalçılıq siyasətindən səfil həyatı yaşayan, bu  müharibənin dayandırılmasını istəyən erməni xalqının əksinə olaraq kənar qüvvələr tərəfindən idarə olunan, siyasi savadsızlığı bir yana,  tarixdən də piyada olan, havadarlarının girovuna, qurbanına çevrilən

Paşinyan hələ də  bunu anlamaq istəmir.” Çox təəssüf ki,  hakimiyyətə gəlmək üçün xalqa xoş gün vəd edən Paşinyan da  ölkəni tərk edən Sarkisyan, Koçaryan kimi düşünür. Artıq  korrupsioner dövlətin iflasa uğradığını görən, Eçmiədzin kilsəsinin xalqı məhvə aparan  çağırışlarından yorulduğunu bildirən xalq daha güclü aksiyalara başlayıb. Din xadimi olsalar da,  insanlara mərhəmət, səbr, mehriban, dostluq öyrətmək  əvəzinə onları qana sürükləyən keşişlərə qarşı etirazlarını bildirən ermənilərin inanıb, arxasınca gedəcəkləri rəhbərləri olmadığı kimi , gələcəyə ümidləri də tükənib. Yəni, daşnak ideologiyasının əsas prinsipləri olan qaniçənliyi, vəhşiliyi, qəddarlığı, faşizmə sadiqliyi genlərində daşıyan ermənilərin məhvə məhkumluqdan başqa  yolları yoxdur. Ayıbına kor olmayan Paşinyanın daha bir sərsəmləməsi özlərini “demokratik ölkə” hesab etməsidir.  Müstəqil daxili və xarici siyasəti olmayan Ermənistanın “baş diplomatı”  Z. Mnatsakanyanın BMT-nin insan hüquqları şurasındakı çıxışında  ölkələrində  yaranan nizamsızlığı demokratiya hesab etməsi köpəyin aya hürməsinə bənzəyir. Əslində diktaturanın hökm sürdüyü işğalçı ölkədə etnik təmizləmə siyasəti, vandalizm, separatçılıq, qaniçənlik adi haldır.  Bu baxımdan  iki əsrdə milyonlarla azərbaycanlını qətlə yetirən,  Dağlıq Qarabağ müharibəsi zamanı 20 mindən artıq soydaşımızı öldürən  bir dövlətin BMT-nin insan hüquqları şurasına  seçilmək istəkləri qəbuledilməzdir və bu təsisatın təməl prinsiplərinə zidd olmaqla demokratik dəyərlərin, insan hüquqlarının tapdanılması deməkdir. Buna görə də beynəlxalq ictimaiyyət  işğalçı, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin bu istəyinin baş tutmasına yol verməməlidir. Qəbul etdiyi dörd qətnamədə  Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə vurulan maddi-mənəvi ziyanları təsdiqləyən,  soydaşlarımızın qətlə yetirilməsini pisləyən BMT rəsmiləri bu məsələdə daha diqqətli olmalı, qəbul etdikləri qətnamələrinin əksinə olan  yanlışlığa yol verilməməlidir.   Diktatura rejimi ilə idarə olunan Ermənistanın özündə belə insan hüquqlarının pozulduğunu təsdiqləyən amillərin olduğu halda  bu dövlətin “beynəlxalq səviyyədə insan hüquqlarının qorunmasına  fayda verəcəyi” bağça  uşaqlarının oxuduqları bir şeirə bənzəyir:

İlan dedi, qurbağa,

Nə salmısan bağ-bağa,

Mən ki, səni yemirəm.

Diri-diri uduram.

Xuraman İsmayılqızı, “İki sahil”