11 iyul 2019 11:29
77

Pakistanda sərnişin avtobusu aşıb: 13 nəfər ölüb

Pakistanın Pəncab əyalətindəki Attok şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, 10 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Laxora gedən avtobusun sürücüsü idarəetməni itirib, əks yola çıxıb və aşıb. Bildirilir ki, avtobusda 60-a yaxın adam olub. Yaralananlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.