24 may 2019 17:37
357

Pakistanda məsciddə partlayış törədilib

Pakistanın Kvetta şəhərində məsciddə partlayış törədilib. Partlayış nəticəsində azı iki nəfər ölüb, 25 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, partladıcı qurğu minbərin arxasına yerləşdirilib, partlayış namaz vaxtı törədilib.

Bildirilir ki, partlayış zamanı məsciddə 30-40 insan olub.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.