16 sentyabr 2019 17:35
179

Özbəkistan portalı 101 il əvvəl Bakının işğaldan azad edilməsi ilə bağlı məqalə yayıb

Özbəkistanın interpress.uz portalı 101 il əvvəl sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı özbək dilində məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakının işğaldan azad edilməsinin tarixi barədə oxuculara ətraflı məlumat verilir.

Yazıda Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafından da bəhs edilir.