06 aprel 2020 14:48
728

Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb

Ötən il dünya üzrə külək və günəşdən elektrik enerjisi istehsalı 15% artaraq, qlobal tələbatın 8%-ni təşkil edib.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq iqlim konsaltinq şirkəti “Ember”in “Global Electricity Review 2020” hesabatında məlumat verilib.

Hesabata görə, ənənəvi enerji mənbələrinə isə tələb azalıb. Təşkilat bunun əsas səbəbi kimi daha ucuz olan külək və günəş enerjisinə marağın artması, Paris İqlim Sazişi və iqtisadi səbəbləri göstərib.

Hesabat dövründə ənənəvi enerji istehsalı vasitələrindən kömürdən elektrik enerjisi istehsalı qlobal miqyasda 3% azalıb. Nəticədə isə ötən il karbon (CO2) emisiyası 2% həddində azalıb.