Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
21 oktyabr 2020 19:00
537

Orqanizmdə iltihab olub-olmadığını necə bilək?

Bədəndə iltihabın gözardı edilməsi bir sıra sağlamlıq problemlərinə yol aça bilər. İltihab bütün xəstəliklərin köküdür. Bədəninizdə iltihabı gözlə görməsəniz və hiss etməsəniz də, düzgün qidalanmırsınızsa və idman etmirsinizsə iltihab olduğundan əmin ola bilərsiniz. İltihablanma bədənin stresə qarşı təbii reaksiyasıdır. Orqanizminiz iltihablanmağa başladıqda bu, çəki artımı, miqren, allergiya, soyuqdəymə kimi ciddi durumlardan tutmuş ürək xəstəlikləri, iflic, diabet, alçeymer və hətta xərçəng kimi çox ciddi xəstəliklərə qədər gətirib çıxara bilər.

Hazırda çox sürətlə irəliləyən və toksinlərlə dolu bir dünyada yaşayırıq, ona görə də sağlam olsanız belə bədəndə iltihab olması ehtimalı yüksəkdir. Əsas odur ki, bu zaman nə etməli olduğumuzu bilək.

Bədəndə iltihab necə başlayır?

Orqanizmdəki iltihablanmanın bağırsaqlardan başladığını desək təəccüblənəcəksiniz.

İnsanlar çox vaxt həzm sisteminin narahatçılıq verməyən bir çox problemlərini görməzdən gəlirlər. Əslində isə bağırsaqlar immunitet sisteminin formalaşdığı yerdir və immun hüceyrələrinin yüzdə səksəni və ya daha çox hissəsi məhz bağırsaqlarda yerləşir.

Bağırsaqlarımızın düşündüyümüzdən nə qədər uzun olduğunu bilirdinizmi? Belə ki, bağırsaqlarımız düz bir şəkildə uzadılarsa, iki tennis kortunu əhatə edəcək bir uzunluqdadır.

İltihab başladıqda bağırsaqların keçiriciliyi pozulur. Bu zaman isə toksinlər, viruslar, bakteriyalar bağırsaq astarındakı daha böyük dəliklərdən qana keçə bilir və zaman keçdikcə orqanizmin vəziyyəti pisləşir.

İltihabın növləri

Orqanizmdə iltihab iki cür olur: kəskin və xroniki. Yaralanma ilə bağlı iltihab kəskin iltihab sayıla bilər. Bu zaman bədəndə travma sonrası şişməyə yol açan kimyəvi maddələr ifraz olunur və sağalmanı sürətləndirmək üçün ağ qan hüceyrələri hasil edilir.

Yaralar sağalmazsa sonda xroniki iltihaba keçə bilər və bu iltihab prosesi digər orqanlarınızı, sinirlərinizi, toxumaları və əzələləri, qısacası bütün bədəni zədələyə bilər. 

Yediyimiz qeyri-sağlam qidalarda, udduğumuz havada və hətta istifadə etdiyimiz gündəlik şeylərdə olan toksinlər tərəfindən vücudumuz tez-tez “bombalandığında” immunitet sistemi hədsiz yüklənir və ciddi xəstəliklər yaranır.

İltihabı gücləndirən maddələr

Bir çox araşdırmalarda xəstəliklər qidalarla əlaqələndirilir. Bəzi qidaların tamamilə zərərli olduğunu bilirik. Bəzi qidalar isə məhz “iltihabi” qidalar hesab olunur.

Bu gün orqanik olmayan demək olar ki, hər şeydə qida əlavələri vardır. Təbii kimi görünən bəzi qidaların belə iltihabı gücləndirən tərkibə malik olduğunu bilməlisiniz.

Bədəndə iltihabı gücləndirən maddələrə misal olaraq rəfinə edilmiş şəkər, kimyəvi əlavələr, genetikası dəyişdirilmiş məhsullar, süni boyalar və işlənmiş bütün qidalar aiddir. Bunlar bağırsaqlarda iltihaba yol aça bilir və sağlamlıq problemləri yaradırlar.

Orqanizmdəki iltihablanmanın ən əsas səbəbi: stress

Stress orqanizmdəki iltihablanmanın ən əsas səbəblərindən biridir.

Stresin həmişə xəstəliklə əlaqələndirilməməsinin səbəbi orqanizmə zərər verməsinin zaman almasıdır. Lakin uzun müddət stress altında olan hər kəs stresin ölümcül nəticələri ilə mütləq qarşılaşır.

Artıq bütün bunları bildikdən sonra vücudunuzda iltihab olmasının göstəriciləri siyahısına göz ataraq, iş işdən keçmədən qarşısını almağa çalışa bilərsiniz:

Vücudda iltihabın göstəriciləri

Xroniki yorğunluq

Civzələr

Çox yemək istəyi

Səbəbsiz kökəlmə

Şişkinlik

İshal və ya qəbizlik

Yüksək qan təzyiqi

Dəridə sərtləşmə və qızartılar

Əzələ ağrıları

Nubar Süleymanova, “İki sahil”