Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 15:53
365

Ölkəmizdə daha 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 49 min 13 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 51 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7298 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 281 min 997 test aparılıb. Bugünkü test sayı isə 11353-dir.