KÖŞƏ

Mənsumə Babayeva

Ölkədəki sabitiyi, əmin-amanlığı və inkişafı pozmaq cəhdi...

01 noyabr 2019 19:49
184

Xarici qüvvələrin göstərişi əsasında ölkədəki sabitiyi, əmin-amanlığı və inkişafı pozmaq cəhdi...

“Milli Şura” noyabrın 2-nə təyin etdiyi aksiyanı keçirməkdən imtina edib. Bununla bağlı Milli Şuranın sədri Cəmil Həsənli ABŞ-dan müraciət edib, AXCP sədri Əli Kərimli isə müxtəlif bəhanələrlə mitinqin təxirə salınmasını əsaslandırmağa çalışıb. Lakin mitinqin keçirilməməsinin əsas səbəbləri tamamilə başqadır. 

Göründüyü kimi,  “Milli Şura”nın noyabrın 2-də Bakı şəhərinin mərkəzində təyin etdiyi qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi bu qurumun legitim olmaması və aksiyanın əhali tərəfindən dəstəklənməməsidir. Bununla da dağıdıcı müxalifət elektoratı olmadığı üçün aksiyaları icra orqanı tərəfindən müəyyən edilmiş yerlərdə keçirməkdən qorxur. Radikalların heç bir potensialı olmadığına görə paytaxtın mərkəzində aksiya təşkil etməklə kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratmağa çalışır.

Dağıdıcı müxalifətin 10 gün əvvəl keçirdikləri aksiyanın iflasından sonra guya hakimiyyətin qanunları pozması, mitinqin təşkilatçıları və iştirakçılarına qarşı “repressiv metodlardan” istifadə etməsi barədə iddialarla əhalinin dəstəyini qazanmaq cəhdləri heç bir nəticə vermədi. Ötən müddətdə sosial şəbəkələrdə aparılan təbliğat, aksiyaya ardıcıl çağırışlar cəmiyyətdə yalnız neqativ emosiyalar doğurdu.

Onların sosial şəbəkələrdə apardığı rəy sorğuları göstərdi ki, vətəndaşlar mitinq təşəbbüsünü dəstəkləmir. Azərbaycan xalqı radikal müxalifət başçılarının və onların yaxın ətrafının sosial şəbəkələrdə apardığı çirkin təbliğatın reallığa uyğun olmadığını aydın görür və bu iddialara artıq heç bir əhəmiyyət vermir.

“Radikal müxalifət xarici qüvvələrin sifarişini yerinə yetirir”, deyən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, xarici ölkələrin səfirlikləri ilə fəaliyyətin koordinasiyası, dağıdıcıların xaricdən maliyyələşdirilməsi, hüquq mühafizə orqanlarının xəbərdarlıqlarına baxmayaraq, ölkədə ictimai sabitliyin məqsədyönlü şəkildə pozulmasına cəhd göstərilməsi - bütün bunlar bir daha sübut edir ki, müxalifətin funksionerləri müəyyən xarici qüvvələrə satılıb. Təkcə onu demək kifayətdir ki, radikal müxalifətin satqınlığını sübut edən daha bir fakt onların ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına heç bir reaksiya verməməsidir: Nə Əli Kərimli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Ramiz Yunus, Sevinc Osmanqızı, nə də başqaları bu barədə bir kəlmə belə demədilər. Bütün bunlar da onu göstərir ki, radikal müxalifətAnti-Azərbaycan qüvvələr tərəfindən idarə olunur”.

“Xalq hər şeyi yaxşı bilir. Azərbaycan xalqı bütün bunları gözəl başa düşür ki, radikal müxalifətin qanunsuz aksiyalar keçirməkdə məqsədi xarici qüvvələrin göstərişi əsasında ölkədə yaranmış sabitliyi, əmin-amanlığı pozmaqdır. Ona görə də xalq bu separatçılara, millətini satanlara dəstək vermir, onları boykot edir. Radikal müxalifət bu günə qədər necə uğursuzluğa düçar olubsa, bundan sonra da olacaq”, deyə S.Novruzov bildirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məlum məsələ ilə bağlı bildirib ki, 2 noyabr ətrafında cərəyan edən hadisələr hazırda bir sual ortaya çıxarıb: görəsən, Azərbaycanda hazırda hər hansı mitinq, yaxud etiraz aksiyası keçirmək, xüsusən də radikal müxalifətin qeyri-sağlam məqsədlər üçün israrla təşkil etmək istədiyi qeyri-qanuni mitinqlər cəmiyyətin tələbatından doğur, yoxsa təşkilatçıların siyasi mövcudluğunu göstərməsidir, xarici Anti-Azərbaycan qüvvələrlə onların əlaqələri üçün vasitədir və şəxsi maliyyə ehtiyaclarının ödənməsi mənbəyidir? Üzümü radikal müxalifətin təmsil olunduğu Milli Şura və AXCP rəhbərlərinin qeyri-real vədlərlə aldadaraq, öz şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün irəli verdiyi azsaylı Azərbaycan vətəndaşlarına tuturam: əziz vətəndaşlar, məgər sizə aydın deyilmi ki, AXCP və Milli Şuraya rəhbərlik edən bu şəxslər öz çirkin ambisiyalarını reallaşdırmaq üçün sizi fəlakətə sürükləyir? Məgər siz fərqində deyilmisiniz ki, bir ayağı burada, bir ayağı xaricdəki Anti-Azərbaycan mərkəzlərinin qapısında olan, xarici ölkələrin səfirliklərində özlərinə düşərgə salan bu insanlar sizdən öz “qarşılıqlı-faydalı” ittifaqları naminə vasitə kimi istifadə edirlər? Üzümü bir daha bu anti-milli ünsürlərin şirin vədlərinə uyan, xaricdəki məkrli mənfəət qruplarının təsirinə düşən, öz dövləti ilə zor dilində danışmaq xülyasına qapılan, təcrübəsizliyi, məhdud dünyagörüşü səbəbindən reallıq duyğusunu itirən azsaylı vətəndaşlarımıza tutaraq bildirmək istəyirəm ki, əziz dostlar, sizin bütün problemləriniz - bizim, Azərbaycan dövlətini təmsil edən mövcud iqtidarın problemləridir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...