18 may 2019 17:45
362

Ölkədə avtomobil benzininin istehsalı 4 faiz azalıb

Yanvar-aprel aylarında Azərbaycanda 682 min ton dizel yanacağı, 397,7 min ton avtomobil benzini, 104,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 196,5 min ton ağ neft, 25,7 min ton yanacaq mazutu, 5,4 min ton sürtkü yağları, 49,2 min ton neft bitumu və 81,8 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 4 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 19,1 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 3,4 faiz azalıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 4 faiz azalıb. Yanacaq mazutu, dizel yanacağı, ağ neft və neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.