Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 10:47
335

Nyu-York birjasında indekslər müxtəlif cür dəyişib

Nyu-York Fond Birjasında (NYSE) bu gün keçirilən hərrac zamanı başlıca indekslər müxtəlif cür dəyişib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, “Dow Jones” sənaye indeksi 28,09 faiz bənd azalaraq 28 335,57 faiz bəndində, “Standard & Poor 500” indeksi 11,90 faiz bənd artaraq 3 465,39 faiz bəndində, “Nasdaq” elektron indeksi də 42,28 faiz bəndi artaraq 11 548,28 faiz bəndində qərarlaşıb.

Hərracda “Alphabet”in səhmləri 1,41 faiz, “Microsoft”un səhmləri 0,54 faiz artıb, “Apple”ın səhmləri isə 0,66 faiz azalıb. WTI markalı neftin dekabr müqavilələri 0,23 faiz ucuzlaşaraq 39,77 ABŞ dollarından, qızıl isə 0,5 faiz ucuzlaşaraq 1 904,30 ABŞ dollarından satılıb.