12 avqust 2019 12:19
388

Nura illər öncə çəkilən yarıçılpaq FOTOsunu paylaşdı - FOTO

Bodrumda istirahətdə olan Nura Suri oradan paylaşdığı çimərlik fotolarına görə onu tənqid edənlərə sərt cavab verib.

Milli.Az xəbər verir ki, cazibədar ifaçı illər öncə yerli jurnallardan birinin üz qabığında çıxan yarıçılpaq fotosunu İnstaqram hesabından paylaşaraq açıq-saçıq geyiminə görə ona "əxlaqsız" nəzəri ilə baxanları susdurub.

Nura həmin şəxslərin onun barədə dedikləri neqativ fikirlərin əhəmiyyətsiz olduğunu qeyd edib:

"Mənim 2000-ci illərdən bəri belə foto-şəkillərim var internetdə və bu məni narahat etmir. Əgər kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Mən özümə və həyat tərzimə arxayınam. Tanımadığım bəd niyyətli insanların fikri vecimə deyil. Olsaydi əgər, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm".