29 oktyabr 2019 11:10
333

Novruz Məmmədov: Azərbaycan Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu - VİDEO

120 tamhüquqlu üzvü, 17 müşahidəçi dövləti və 10 beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının 18-ci zirvə görüşü başa çatdı. Üzvlərinin sayına və nüfuzuna görə BMT-dən sonra ikinci təşkilat hesab olunan qurumun zirvə toplantısının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar oldu. Sammitin Bakıda keçirilməsi və Hərəkatda sədrliyin 2022-ci ilədək Azərbaycana keçməsi faktının özü Azərbaycanın artan beynəlxalq rolunun tanınmasının, etibarlı tərəfdaş və nüfuzlu iştirakçı, müasir təlatümlü dünyada sabitlik və təhlükəsizlik adası qismind ölkəyə dərin hörmət və etimadın göstəricisidir.

Bunu Real-a açıqlamasında keçmiş baş nazir Novruz Məmmədov deyib:

"2011-ci ildə təşkilata üzv olduqdan sonra Azərbaycan artıq 8 ildən sonra onun sədrinə çevrilən Azərbaycan sədrlik dönəmində Azərbaycanın ağrılı problem olan dağlıq qarabağ münaqişəsinə diqqəti yönəldəcək. Necə ki, sammitin yekunu olaraq qəbul olunan sənədlərdə 120 dövlət ermənistanın işğalçı dövlət kimi tanıdı. Qarabağ məsələsində Azərbaycanı yekdilliklə dəstəklədilər və yekun sənəddə erməni qoşunlarının Azərbaycanını işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin qəbul olunmasından 25 ildən çox müddətdən sonra da Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmadığını vurğuladılar.

Bununla da Azərbaycan böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu".