19 mart 2020 15:46
828

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Novruz bayramı münasibətilə hərbi qulluqçular şəhid ailələrini ziyarət edib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib onlara Ordu rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.