22 oktyabr 2019 14:32
117

Nikolas Maduronun Bakı Sammitində iştirak edəcəyi gözlənilir

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində 60-a yaxın prezident və hökumət başçısı iştirak edəcək. Venesuela prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək sammitində iştirak edəcəyi gözlənilir. Bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.

"N.Maduronun sammitdə iştirak edəcəyini gözləyirik", - deyə R.Həsənov mətbuat konfransında bildirib. R.Həsənovun sözlərinə görə, ümumilikdə sammitdə 60-a yaxın prezident və hökumət başçısının iştirakı gözlənilir. Sammitdə Qoşulmama Hərəkatına sədrlik üç il müddətinə Venesueladan Azərbaycana keçəcək.

Orxan Vahidoğlu, "İki sahil"