19 mart 2019 18:25
199

Nikola Vlaşiç: Azərbaycan millisi bizə çətinlik yarada bilər

"Öz oyunumuzu oynasaq, hər şey asan olacaq. Yox, əgər matça ciddi yanaşmasaq, Azərbaycan millisi bizə çətinlik yarada bilər".

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin hücumçusu Nikola Vlaşiç yerli mətbuata açıqlamasında deyib. Rusiyanın SSKA klubunda çıxış edən 21 yaşlı futbolçu AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar haqda fikirlərini açıqlayıb:

"Macarıstanla Budapeştə keçiriləcək qarşılaşmanın isə ağır olacağı bəllidir. Lakin biz hədəfləri olan komandayıq. Seçmə mərhələyə 6 xalla başlamağı qarşımıza məqsəd qoymuşuq".

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də evdə Azərbaycan, 3 gün sonra isə səfərdə Macarıstanla qarşılaşacaq.