14 fevral 2020 12:51
1106

Neymar "Borussiya"ya qarşı oynayacaq?

PSJ-nin baş məşqçisi Tomas Tuhel futbolçusu Neymar haqda danışıb.

"İki sahil" Goal.az-a istinadən xəbər verir ki, o, zədəli hücumçunun Çempionlar Liqasının 1/8 finalında Dortmund "Borussiya"sı ilə ilk matçda oynayıb-oynamayacağının məlum olmadığını deyib: "Borussiya"ya qarşı oynayacağını 100 faiz deyə bilmərəm. Bununla bağlı müzakirəmiz olacaq və yekun qərar verəcəyik. Risk edə bilmərik".

Qeyd edək ki, PSJ - "Borussiya" görüşü fevralın 18-i keçiriləcək.