KÖŞƏ

Taleh Bağırov

AXCP-çilər arasındakı dava daha da qızışır

07 aprel 2017 22:32
1266

Azərbaycanda dağıdıcı müxalifət deyəndə yəqin ki, çoxlarının yadına bu qurumda təmsil olunan partiya sədrləri və funksionerlərin qarşılıqlı ittihamları düşür. Əsasən AXCP-Müsavat üzvləri arasında olan gərginliyə ara-sıra digərləri də qoşulur. Beləliklə, növbəti gərginlik bir neçə il əvvəl AXCP-dən istefa verib özünə ikinci AXCP yaradan Razi Nurullayevlə Əli Kərimli arasında baş verib. Bir müddət əvvəl Ə. Kərimli “Azadlıq” qəzeti və “Meydan” TV vasitəsilə R. Nurullayev haqqında şantaj xarakterli məlumatlar yaydırıb. 

Məsələ ondadır ki, “Azadlıq” qəzetinin elektron səhifəsində cəbhəçilər tərəfindən R.Nurullayevin ünvanına təhqir dolu fikirlər yer alıb. R.Nurullayevin bir neçə fotosu montaj olunaraq paylaşılıb və sair. “Azadlıq” qəzeti səhifəsinin ünvanına yazılan iradlara isə admin tərəfindən maraqlı reaksiya verilib. Sosial şəbəkələrdə “Azadlıq” qəzeti səfihəsinin admini, Ə.Kərimlinin müşaviri İlham Hüseyn AXCP-nin əsas funksiyasının insanları təhqir etmək olduğunu yazıb. 

Alternativ AXCP-nin sədri R.Nurullayevin də Ə.Kərimli və onun tərəfdarlarına verdiyi cavab çox gecikməyib. Sosial şəbəkələrdə AXCP sədrinin sifarişi əsasında təhqir olunmasına münasibət bildirən R. Nurullayev qeyd edib ki, şəxsən Ə.Kərimlinin birbaşa göstərişi ilə qaragüruhçu dəstə sosial şəbəkələrdə öz əxlaqını nümayiş etdirir: “Biz bilirik ki, bu, sənin siyasətinin əsas ana xəttidir. Hər zaman rəqiblərinə, siyasi opponentlərinə qarşı mübarizə üsulun şər və böhtan üzərində qurulub. Nəinki rəqiblərinə, hətta səni “siyasi səhnə”yə gətirən, üzdə liderim dediyin Əbülfəz Elçibəyə qarşı da eyni metod və taktikadan istifadə etmisən. Sən AXCP-nin sədri deyil, “Yurd” sədrisən. Etimad qurultayımızdan sonra bizi hədəf seçmisən. Sən və qaragüruhçulardan ibarət dəstə susmaq bilmir. Əsas mübarizə üsulunuz olan söyüş, təhqir, şərləmə və qaralama kampaniyanız davam edir. Biz susduqca, üzərimizə gəldiniz, qaragüruh dəstəsinin tərbiyəsizliklərinin əhatə dairəsi genişləndi. Səndən göstəriş alanlar etiraf edirlər ki, konkret olaraq, göstəriş Əli Kərimlidən gəlib və bunu etməyə məhkumdurlar. Söymək və söyülmək bəlkə də sənin üçün bir reklam, gündəmdə qalmaq vasitəsidir. Bunu hər kəs bilir ki, bir siyasi təşkilat və siyasətçi gündəmdə iki yolla qala bilər: ya siyasi arenada aktiv olmalı, xalqa xidmət edib iş görməlidir, ya da başqalarına qara yaxıb, ləkə vurub, rəqiblərini haqsız olaraq söyüb və eyni zamanda da söyülməlidir”.

R.Nurullayevin bu kəskin cavabından sonra hələ ki, qarşı tərəfin səsi çıxmır. Görünür ya deyilənlərlə barışıblar, ya da tutarlı cavab axtarışındadırlar. Hər halda Əli Kərimlinin nə plan cızdığını zaman göstərəcək.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...