KÖŞƏ

Cavid Əkbərov

Əli Kərimlinin adamları ona “atırlar”?

24 fevral 2017 14:32
2253

Hamıya yaxşı məlumdur ki, Əli Kərimli, Cəmil Həsənli və digər ermənipərəst ünsürlər Azərbaycana qarşı təxribatların hazırlanmasında canla-başla iştirak edirlər. Paxırlarının üstü açıldıqda isə bu işlərdən xəbərsiz olduqlarını sübut etməyə çalışırlar. Amma həqiqətlər hər şeyi təsdiq edir. Bu gün Ə.Kərimli, C.Həsənli, eləcə də onların ətrafında birləşən 5-6 nəfər də yaxşı bilir ki, onlar tarixdə yalnız vətən xainləri kimi tanınacaqlar. Ölkəmizin adına ləkə gətirən həmin ünsürlərin ermənilərə yaltaqlanmalarının səbəbləri pul qazanmaq, stabilliyi pozaraq hakimiyyəti ələ keçirməkdir. Həmin xəyanətkarlar yadda saxlamalıdırlar ki, ermənilərin saxta səmimiyyətinə inanmaq olmaz və bunu tarix özü də təsdiq edib.

Xidmət etdikləri xarici təşkilatlar tərəfindən ayrılan qrantlar üstündə didişərək bir-birinə ittihamlar yağdıran Ə.Kərimli, C.Həsənli və s. kimilər cəmiyyətdə heç vaxt hörmət qazana bilməyəcəklər. Bunu özləri də yaxşı bilirlər.

Bir müddət əvvəl ölkə mətbuatında belə bir məlumat dərc edilmişdi ki, maliyyə vəziyyəti yaxşı olmadığına görə çapını dayandıran “Azadlıq” qəzetinin nəşrinin bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu tərəfindən 175 min avro məbləğində vəsait ayrılıb. Həmin vəsaiti isə Qənimət Zahid əldə edib və özünün yeni təsis etdiyi “Turan TV”-yə xərcləmək üçün saxlayıb. Bundan sonra həmin vəsaitin yarısını almaq üçün “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev və bir neçə müxalifətçi AXCP sədri Ə.Kərimlinin göstərişi ilə Fransaya səfərə göndəriliblər.

 Ə.Kərimli Fransaya göndərdiyi şəxslərə dönə-dönə tapşırıq verib ki, 175 min avronun ən azı yarısı Qənimət Zahiddən alınsın və ona gətirilsin. Mətbuatda dərc edilən həmin yazılardan sonra isə Q.Zahid belə məlumatın qətiyyən doğru olmadığını bildirmişdi.

Lakin bu günlərdə Avropada - Strasburq şəhəri yaxınlığında yaşayan bir şəxsdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Qənimət Zahidlə razılaşıb ki, pulları Əli Kərimliyə qaytarmaq əvəzinə İspaniyada yaşamaq icazəsi alsın və ev alıb orada məskunlaşsın. Məlumatda qeyd olunur ki, Rahim Hacıyev hazırda Atlantik okeanında yerləşən və İspaniya Krallığına aid olan adaların birində 100 min avroya mülk alıb və onun sənədləşmə işləri ilə məşğuldur.

Əli Kərimlinin yalanları, şəxsi ambisiyalarını reallaşdırmaq cəhdləri, şər və böhtanları ətrafında olan 5-6 nəfər tör-töküntünün də onun yanından uzaqlaşmasına gətirib çıxarıb. Belə getsə AXCP adlanan amorf təşkilatda Əli Kərimli və özü kimi fırıldaqçı olan oğlu Türkel Kərimlidən başqa heç kim qalmayacaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...