KÖŞƏ

Taleh Bağırov

Əli Kərimlinin mitinq arzusu gözündə qalacaq

19 sentyabr 2017 23:35
5025

Azərbaycanda dağıdıcı müxalifətin “başında duran” və ictimai-siyasi sabitliyi pozmaq üçün min bir oyundan çıxan AXCP sədri Əli Kərimli ənənəsini davam etdirməkdədir. Bir müddətdir səs-səmiri çıxmayan Ə.Kərimli yenə mitinq (əgər buna mitinq demək olarsa) sevdasına düşüb. Üzdəniraq “lider”in yeni sevdası isə həm sosial şəbəkələrdə, həm də mətbuatda birmənalı qarşılanmayıb. Əksəriyyət bu mitinqin də digərləri kimi uğursuz və fiaskoyla nəticələnəcəyini bildirib. 

Mətbuata açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı da Azərbaycan xalqının Əli Kərimliyə dəstək olmayacağını bildirib: “Əli Kərimlinin ötən illər ərzində keçirdiyi mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı dəstək verməyib. Müşahidələr zamanı görürük ki, belə mitinqlərə ictimaiyyət arasında maraq hər il daha da kəskin şəkildə azalır. Təbii ki, bunların çox çiddi səbəbləri var. Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Əli Kərimlinin mitinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur”. N.Orduxanlı bildirib ki, Əli Kərimlinin sentyabr ayın 23-də mitinq keçirmək istəyi sosial şəbəkələrdə də qeyri-ciddi bir hadisə kimi ələ salınır, gülüş obyektinə çevrilir: “İnsanlar Əli Kərimlinin növbəti dəfə “mitinq” arzusunu partiya arayışının satılması kimi təqdim edirlər. Bilirsiniz ki, bu günə kimi Əli Kərimlinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayış verməsi ilə bağlı çoxlu sayda faktlar var. O, bu yolla ən yaxın qohumlarını, yerlilərini hələ bir neçə il bundan öncə Fransada, Hollandiyada yerləşdirə bilib. Belə olan halda, insanlar haqlı olaraq Əli Kərimliyə gülür və qeyd edirlər ki, 500-1000 nəfərlik mitinq etməyin nə mənası var?! Hətta Əli Kərimlinin yanında olan bir neçə şəxsin mitinqə qatılmayanlarla bağlı yazdıqları fikirlər belə insanlar tərəfindən çox sərt şəkildə qəbul edilir. Çünki onlar mitinqə qatılmayanlar haqqında təhqiramiz ifadələr işlədirlər. Təbii ki, Əli Kərimlinin ətrafında bu cür şər-böhtançı insanların olması normal haldır. Onun yanında yalnız bu tərbiyənin sahibi olanlar qala bilər”. BAXCP sədrinin müavini qeyd edib ki, özünə hörmət edən şəxs heç zaman Əli Kərimlinin yanında qalıb, onun üçün fəaliyyət göstərməz: “Çünki Əli Kərimli illərdir yaxın ətrafında olan insanlara xəyanət edir. O kimlərə xəyanət etmədi? Öz sədri Əbülfəz Elçibəydən tutmuş, onun üçün sinəsini güllə qabağına vermiş bütün insanlara xəyanət edən birisidir. Satqın və xəyanətkarlar isə heç zaman unudulmurlar”.

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...