KÖŞƏ

Mənsumə Babayeva

Ermənistan xoşluqla sülhə gəlməsə...

12 iyun 2018 00:19
2483

Hakimiyyət kürsüsündə əyləşməyin ən sərfəli variantı “Dağlıq Qarabağ kartı”dır. Reallıq ondan ibaraətdir ki, hazırki baş nazir Nikol Paşinyan da sələflərinin yolunu davam etdirərək hakimiyyət riçaqlarına sahib olmaqdan ötrü Dağlıq Qarabağ məsələsindən istifadə etmək niyyətinə düşüb. Elə bu səbəbdən də gözünü yumub, ağzını açaraq heç bir məntiqə sığmayan fikirlər səsləndirməkdədir. Məsələ orasındadır ki, Nikol Paşinyanın hakimiyyətə gəldiyi gündən indiyə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərin nə hüquqi-siyasi əhəmiyyəti var, nə də  beynəlxalq hüquq normalarına uğyunluğu. Sırf daxili və xarici auditoriyaya hesablanmış məntiqsiz bəyanatlar Ermənistanı mat vəziyyətdə qoymaqla paralel, Paşinyanın siyasi düşüncə baxımından kasad olduğunu sübut etmiş olur. Artıq bir ay olar ki, Nikol Paşinyanın yürütdüyü siyasət onun “qabında nə olduğunu” ortaya qoydu. Baş nazir seçilən kimi Azərbaycanın Xankəndi şəhərinə səfəri və orada danışıqlar aparması, separatçı rejimin tərəf kimi danışıqlar masasına əyləşməsi bəyanatı ilə yadda qalıb. Eyni zamanda, o, davamlı şəkildə bir-birinə zidd açıqlamaları ilə özünü gülünc vəziyyətə salmaqda davam edir.

Ermənistan şərt irəli sürən yox, şərt qəbul edən ölkədir. Bunu bu gün “ipə-sapa yatmayan” Paşinyan da dərk etməli, hərbi xuntanın səhvlərini təkrar etməməli və öz ölkəsinin gələcəyi naminə heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməlidir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənsitana daha çox  ziyan gətirir. Ermənistan regionda yeganə dövlətdir ki, işğalçılıq əməllərinə görə bütün beynəlxalq və regional layihələrdən kənarda qalaraq sosial-iqtisadi xaos içərisində yaşayır. Bu isə Ermənistanın sonunun başlanğıcı deməkdir. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.

Ermənistanın işğalçılıq siyasətinə son qoymasa heç vaxt inkişaf edə bilməyəcəyini qeyd edən Milli Məclisin deputatı Flora Qasımova mətbuata verdiyi açıqlamasında bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu günə qədər öz həllini tapmayıb: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Amma danışıqlar limiti tükənməz deyil.  Əgər Ermənistan xoşluqla sülhə gəlməsə, Azərbaycan öz gücünə torpaqlarımızı işğaldan azad edəcək. Ermənistan məsuliyyətsiz hərəkətlərini davam etdirsə, baş verəcək hadisələrin məsuliyyəti İrəvanın üzərində qalacaq”.

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...