KÖŞƏ

Taleh Bağırov

Müxalifətin mitinq limiti: min beş yüz nəfər

26 sentyabr 2017 23:21
3134

Özlərini “Demokratik Qüvvələrin Milli Şurası” (DQMŞ) adlandıran qurum bu günlərdə, daha dəqiq desək, sentyabrın 23-də Bakının “Məhsul” stadionunda mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaydığı məlumata əsasən Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan toplantı saat 15:00-dan 17:00-dək davam edib. Toplantıda DQMŞ-a daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Dağıdıcı müxalifətin mitinq keçirməyinə heç kimin iradı yoxdur, ürəkləri nə qədər istəsə mitinq keçirib öz sözlərini deyə bilərlər. Çünki onlar demokratik dəyərlərə kifayət qədər hörmətlə yanaşılan bir ölkədə yaşayırlar. Mitinq keçirmək, sərbəst toplaşmaq hər birinin hüququdur. Elə bu səbəbdən də mitinqin keçiriləcəyi yer və saat Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılıb. Amma müəyyən məsələlər var ki, onlara münasibət bildirməsən olmur.

Hamınıya yaxşı məlumdur ki, dağıdıcı müxalifətdə təmsil olunan partiya və digər birliklər 20 ildən artıqdır ki, Bakıda aksiya, piket, mitinq və digər toplantılar keçirirlər. Dağıdıcıların bəlası ondadır ki, hər belə nümayişlər zamanı daha da kiçilir, özlərini daha çox biabır edirlər. Təsəvvür edin, sadaladığımız bu qədər qurumdan “Məhsul” stadionuna vur-tut min beş yüz nəfər adam gəlib. Elə bu faktın özü kifayət qədər gülüncdür və Azərbaycan xalqının nə “Milli Şura”ya, nə də AXCP sədri Əli Kərimliyə inam və etibarının olmadığının ən yaxşı sübutudur. Əgər özlərini ana müxalifət adlandıran bir neçə “lider”in arxasınca 1500 nəfər gəlirsə o halda bunun nəyi ana müxalifətdir?! Heç buna “bala müxalifət” də demək olmaz.

Təbii ki, bunlar Əli Kərimli və digərləri üçün artıq önəmli deyil. Çünki onlar mitinqləri daha sözlərini demək üçün yox, ciblərini doldurmaq üçün keçirirlər. Bu barədə mətbuatda dəfələrlə dəqiq faktlara istinad olunaraq silsilə yazılar dərc olunub. Bu günə kimi Əli Kərimlinin Avropada yaşamaq istəyənlərə saxta partiya arayışı verməsi ilə bağlı çoxlu sayda faktlar yazılıb. Qarşı tərəfin isə bunlara heç bir tutarlı cavabı yoxdur. O, bu yollarla ən yaxın qohumlarını, yerlilərini hələ bir neçə il bundan öncə Fransada, Hollandiyada yerləşdirə bilib. Çox ehtimal ki, ötən şənbə günü keçirilən mitinqdə də Avropaya getməyi həsrətlə gözləyən iştirakçılar olub. Bunu isə səs-küyü qarşıdakı günlərdə çıxacaq. O zaman Əli Kərimlinin siyasətçi yox, biznes maraqlarına xidmət edən şəxs olduğunu görənlərin sayı daha da çoxalacaq.

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər