KÖŞƏ

Ceyhun Piriyev

Dağıdıcı düşərgədə trol böhranı

26 yanvar 2018 14:27
2990

Dağıdıcı düşərgədəki son mənzərə buraya toplaşan 5-10 nəfərin çıxardıqları oyunların mahiyyətini ortaya qoymaqla bərabər, potensiallarının də hansı səviyyədə olmasından xəbər verir. Bunu düşərgədə kimin güclü olduğunu göstərmək məqsədilə təşkil etdikləri virtual səsvermə, eyni zamanda, 20 Yanvar faciəsinin 28-ci ildönümü günü polisin Şəhidlər xiyabanına axışan insan kütləsinin təhlükəsizliyini təmin etməsinə siyasi çalarlar qatmaqla öz çirkin məqsədləri üçün istifadə etmələri və aralarında başlanan dava-dalaş da aydın şəkildə göstərir. 

Lakin bu məsələnin dərininə getmədən bir detala aydınlıq gətirmək daha məqsədəuyğun olardı. Məhz AXCP və REAL-ın saxta profillər vasitəsilə  virtual səsvermədən sonra başlanan trol davası, bununla bağlı ittihamları, əslində heç kəsə qaranlıq olmayan, mətləbləri bir daha günişığına çıxarıb. Bununla da virtual aləmin “cəngavərlərinin” “Facebook” sosial şəbəkəsindəki “qəhrəmanlıqlarının” “sirri” bu dəfə özləri tərəfindən açılıb. Beləliklə, özünə qarşı sosial şəbəkələrdə xalqın etirazlarını “hakimiyyətin trolları” kimi qələmə verən cəbhəçilərin bu dəfə belə ittihamla REAL-a qarşı çıxış etmələri trol anlayışının AXCP üçün “Ələddinin sehirli çırağı”na bərabər olduğunu göstərib. Nəticə etibarilə, məhz trollar vasitəsilə AXCP sədrinin özünü virtual məkanda sübut etməyə çalışması bir daha aydın olub.

Bəs, bu trol nədir? Müxtəlif internet resursları ilə maraqlandıqdan sonra aydın olur ki, trol, virtual məkanda təxribat xarakterli şərhlərlə münaqişə yaratmağa çalışan, müzakirələrin gedişatına təsir etməklə mövzuya olan münasibəti tamam dəyişməyə çalışan şəxslərə deyilir. Günümüzdə trol fəaliyyətinə daha çox sosial şəbəkələrdə, xüsusilə də “Facebook”da rast gəlmək olur.

Söhbət ondan gedir ki, mitinqlərinə 1000-1500 adam toplaya bilməyən AXCP sədri məhz saxta sosial şəbəkə profilləri ilə yaratdığı trol “ordusu” vasitəsilə dağıdıcı düşərgədə müəyyən elektorata sahib olduğunu və bu yolla yazdığı böhtan dolu statusların guya bəyənildiyini, cəmiyyət arasında nüfuza malik olduğunu iddia edir.  Lakin indiyədək elə iddia olaraq qalan bu iddianın özü də bu günlərdə keçirilən virtual səsvermədə bir daha iflasa uğrayıb və məlum olduğu kimi, Əli Kərimli, üzü ictimaiyyətə ancaq qondarma siyasi məhbus siyahılarından məlum olan, özü məhkəmənin hökmü ilə azadlıqdan məhrum olunan İlqar Məmmədova uduzub. Bir sözlə, AXCP sədrinə “güvəndiyi dağlar” da köməklik edə bilməyib. Məsələ ondan ibarətdir ki, Əli Kərimlinin İlqar Məmmədovdan də geri qalmasını bilmək üçün heç bir “seçki”yə ehtiyac da yoxdur. Əlbəttə ki, məsələnin mahiyyəti  İ.Məmmədovun güclü olmasında yox, Ə.Kərimlinin onsuz da heç bir nüfuza malik olmamasındadır. Hazırda isə buna heç trol “ordusu” da kömək edə bilmir.  

Bütün bunlar isə bir daha dağıdıcı düşərgədəkilərin intellektini ortaya qoymaqla bərabər, saxta profillər vasitəsilə yaradılan haray-həşirin ancaq virtual məkanı əhatə edə biləcək gücdə olmasını, reallığın isə xalqın verdiyi qərarlardan asılı olduğunu bir daha nümayiş etdirir. 

Lakin əsas məsələ ondan ibarətdir ki, ölkə ictimaiyyəti dağıdıcı müxalifətin virtual məkandakı təxribatlarına uymamaqla bərabər, onlarla fəal mübarizə aparır, Azərbaycana düşmən kəsilən bu cür ünsürlərin əməllərini ifşa edirlər. 

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...