KÖŞƏ

Cavid Əkbərov

Parçalanmış müxalifətin birləşmək sevdası

01 mart 2018 22:59
3803

Bu gün Azərbaycan sosial-iqtisadi sferanın bütün sahələrində sürətlə inkişaf edir. Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik və müstəqil dövlət quruculuğu prosesində böyük nailiyyətlərlə müşayiət olunur. Təəssüf ki, bütün bu nailiyyətləri radikal müxalifət qısqanclıqla qarşılayır.

Seçki ərəfəsində ölkədə qarışıqlıq yaratmaq iddiasında olmaq, Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxmaq heç də Vətənə, xalqa xidmət sayıla bilməz. Bu, hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin, o cümlədən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Məhz buna görədir ki, radikal müxalifət liderlərinin bu pozucu niyyətləri artıq çox yerdə partiyadaşlarının etirazına səbəb olur. Artıq müxalifət partiyalarının üzvləri öz liderlərinə etibar və inamlarını itiriblər. Odur ki, onlar üzvü olduqları partiyaların sıralarını tərk edirlər.

Son zamanlar dağıdıcı müxalifət liderlərinin ölkədəki ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş çağırışları təbii ki, xalqımızı hiddətləndirir. Dağıdıcı düşərgənin “başbilənləri” guya seçkilərin saxtalaşdırıldığını iddia edərək iğtişaşlara, qarşıdurmaya aparan mitinqlər təşkil etmək istəyirlər.

Məlum həqiqətdir ki, ölkəmizdə seçkilər tam azad və demokratik şəkildə keçirilir. Seçkilərdə səsvermə zamanı seçki məntəqələrində ciddi qanun pozuntularına yol verilməsi müşahidə edilmir.

Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və digər antimilli və dağıdıcı ünsürlərin əsas məqsədi müxtəlif bəhanələr gətirərək ölkəmizin demokratik nüfuzuna zərbə vurmaqdır.

Çünki onlar iqtidara qarşı başqa heç cür mübarizə apara bilmirlər. Ölkədə sosialyönümlü siyasətin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması və s. bu kimi mühüm addımları görən müxalifət yaxşı bilir ki, onların əlində iqtidarı tənqid etmək üçün əsaslı səbəb yoxdur. Məhz bu səbəbdən də xaricdəki ağalarının “xeyir-duası” ilə hər vəchlə aranı qarışdırmağa çalışır, ölkədə xaos, anarxiya mühiti yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...