KÖŞƏ

Elçin Zaman

Bayağı və şablon çıxışlar

13 mart 2018 23:37
3241

Müxalifətin ictimai maraq kəsb etməyən mitinqi kimə lazım idi?

Biz dəfələrlə yazmışıq ki, dağıdıcı müxalifətin sosial bazası yoxdur. Ona görə də bu düşərgənin keçirdiyi aksiyalar həmişə fiaskoya uğrayır. Məhz martın 10-da radikal müxalifət düşərgəsi keçirdiyi mitinqlə növbəti dəfə özünü gülünc vəziyyətə saldı. Belə ki, həmin tarix üçün AXCP “Milli Şura” və Müsavat Partiyası birgə mitinq təyin etmişdilər və martın 10-na qədər sosial şəbəkələrdə insanlara bu aksiyada iştirak etmək çağırışları səslənirdi. Amma nəticə yenə də radikallar üçün acınacaqlı oldu. Əslində, həmin mitinqin də iflasa uğrayacağı əvvəlcədən məlum idi. Çünki indiyə qədər dağıdıcı düşərgənin keçirdiyi mitinqlərə həmin təşkilatların rəhbərlərinin ailə üzvlərindən və yaxın qohumlarından başqa heç kim qatılmır. Məhz bu səbəbdən də dağıdıcı müxalifətin bu mitinqinin də  iflası qaçılmaz hadisə idi.

Beləliklə,bu üç dağıdıcı təşkilatın birgə mitinqinə az sayda insan gəlmişdi. Əslində, bu fakt bir daha radikalların hansı “nüfuza” malik olduqlarının göstəricisidir. Daha doğrusu, 10 mart mitinqi vətəndaşların radikal müxalifətə inanmadığını, bu düşərgənin sosial dayaqlarının olmadığını növbəti dəfə təsdiqlədi. Digər tərəfdən, mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı və digərləri sadəcə öncəki mitinqlərdəki fikirləri təkrar etdilər ki, bu da heç bir ictimai maraq kəsb etmir. Çünki obyektivliyə əsaslanmayan fikirlər həqiqətdən uzaqdır. Mitinqdə səsləndirilən bəzi fikirlər isə, ümumiyyətlə, siyasi mübarizəyə tamamilə zidd məsələlər idi.

Bütün bunlara rəğmən Azərbaycan dövləti vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunmasına diqqətlə yanaşdığını nümayiş etdirir. Bu, o deməkdir ki, Azərbaycanda demokratik mühit mövcuddur və vətəndaşlar, eləcə də ictimai, siyasi təşkilatlar bu şəraitdən maksimum istifadə edirlər.

Qeyd edək ki, Azərbaycanda hər zaman sərbəst toplaşmaq azadlığı qorunub və bu kimi demokratiyanın ölkəmizdəki bariz nümunəsidir. Məhz AXCP, “Milli şura” və Musavatın birgə keçirdikləri 10 mart mitinqi göstərdi ki, Azərbaycan hakimiyyəti mitinq və yürüşlərə daim açıqdır.

Bir sözlə, müxalifətin dağıdıcı düşərgəsinə mənsub olan AXCP, “Milli Şura” və Müsavat Partiyasının birgə keçirdikləri mitinqin növbəti dəfə də fiasko ilə nəticələnməsi bir daha sübut etdi ki, destruktiv düşərgənin sosial bazası yoxdur.

 Eyni zamanda, bu aksiya öncəsi radikallar aksiyanı ümummüxalifət mitinqi adlandırsalar da, martın 10-da  “Məhsul” stadionuna yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin yığılması düşərgə daxilində ciddi kataklizmlərin yaşandığını göstərdi.

Görünən odur ki, dağıdıcı müxalifətə xalqın inamının olmaması,  radikalların uğursuz siyasi keçmişləri və bugünkü antimilli fəaliyyətləri onların mitinqlərinin nəticəsinin belə sönük olmasının əsas şərtlərindəndir. Leksikonları ancaq söyüş, təhqirlərdən ibarət olan dağıdıcı müxalifətin qohum-əqrəbalarından ibarət dağınıq mitinqi isə sadəcə gülüş doğururdu.

Təbii ki bütün bunların fonunda keçirilən aksiya radikalların təbliğ etdikləri “müxalifətin birliyi” ideyasının sabun köpüyü olduğunu da açıq şəkildə nümayiş etdirdi.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?