KÖŞƏ

Mənsumə Babayeva

Sarkisyanın boşa çıxan ümidləri...

24 aprel 2018 23:42
1825

Ermənistanda neçə gündür ki, davam edən etiraz aksiyaları, nəhayət ki, öz nəticəsini verdi. Sabiq prezident, aprelin 17-də parlamentdə ölkənin baş naziri seçilmiş Serj Sarkisyan istefa verdi. Bununla da, həm Ermənistanda parlament idarə üsuluna keçid ilk mərhələdəcə uğursuzluğa uğradı, həm də Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş, Xocalı soyqırımının əliqanlı qatillərindən olan terrorçu dövlətin yüksək postundan məhrum edildi. Əlləri günahsız azərbaycanlıların qanına bulaşmış, vicdanında Xocalı ləkəsi gəzdirən Serj Sarkisyan Ermənistanda hakimiyyətdə olduğu 10 il ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT-nin müvafiq qətnamələri əsasında ədalətli həllinə bacardığı qədər mane oldu. Onun hakimiyyətdə olduğu 2008-2018-ci illər, əslində, atəşkəs illəri olsa da, yenə günahsız insanlar, xüsusən körpələrimiz öldürüldü. Əlbəttə, dünya ictimaiyyəti Sarkisyanın dövlət başçısından çox terrorçu xislətinə yaxşı bələd idi və son hadisələr göstərdi ki, ona beynəlxalq dəstək verilmədi. 

Mövzu ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşən politoloq Fikrət Sadıqov bildirdi ki, artıq 10 ildir Ermənistanı zəbt etmiş Serj Sarkisyan hakimiyyəti başa çatdı, xalqın etirazları öz nəticəsini verdi və hərbu xuntanın başçısı xalqın istefa tələbini qəbul etməyə məcbur oldu: “Məhz Sarkisyanın yeritdiyi işğalçılıq siyasəti nəticəsində Ermənistan çöküb, sürünə-sürünə yaşamaq məcburiyyətində qalıb. Ermənistan rəsmi statistika qurumu bu ölkədə yoxsulluğun 30 faizdən yuxarı olduğunu etiraf edir, qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir. Buna görədə ölkəni tərk edənlərin sayı gündən-günə artır. Serj Sarkisyanın bütün planları alt-üst oldu. Özü arxivə göndərildi.Ona görə də indi Sarkisyanı əvəz edəcək şəxsin praqmatik siyasətçi olmasına çox böyük ehtiyac var. Elə bir adam Ermənistanda hakimiyyətdə olmalıdır ki, o, Ermənistanın bu gün düşdüyü çıxılmaz vəziyyətin yeganə səbəbinin onun işğalçılıq siyasəti olduğunun və məhz işğalçılıq siyasəti nəticəsində düşmən dövlətin bu gün bumeranq effekti ilə üz-üzə qaldığının, labirintə düşdüyünün və dalana dirəndiyinin fərqinə varmağı bacarsın. Bu, bir həqiqətdir. Ona görə də ümid edirik ki, Ermənistanın yeni baş naziri Sarkisyanın siyasətindən fərqli bir siyasət həyata keçirəcək. Çünki Sarkisyan siyasətinin davamı mövcud çıxılmaz vəziyyətin davamı deməkdir ki, o da perspektivdə Sarkisyanın taleyini yaşaya bilər”.

PolitoloqErmənistanda yeni hakimiyyətin daha konstruktiv olacağına ümid etdiyini bildirdi: “Proseslərin hansı istiqamət alacağını hadisələr göstərəcək. Nikol Paşinyan mitinq zamanı elan etdi ki, baş nazir ümumxalq səsverməsi ilə seçiləcək. Buna qədər isə müvəqqəti hökumət qurulacaq. Serj Sarkisyanın xalqın təzyiqlərinə dözməyərək istefaya getməsi Ermənistan üçün yeni dövrün başlanğıcı olacaq. Ermənistanada baş nazir postuna kim gələrsə o, ölkənin sosial-iqtisadi inkişafında irəliləyişə, təcrid olunmuş Ermənistanı ağır durumdan çıxarmağa, ən əsası da Dağlıq Qarabağ məsələsində müəyyən güzəştlərə getməlidir. Hər halda o, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması prosesini başlatmalıdır. Bu addım mütləq atılmalıdır. Əks halda yeni seçiləcək də Serj Sarkisyanın gününə düşə bilər. Bununla da onları yeni bir inqilab gözləyə bilər. Mənə elə gəlir ki, onlar bunu dərk edəcəklər, ölkənin inkişafı üçün müsbət işlər görməyə çalışacaqlar”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...