KÖŞƏ

Taleh Bağırov

Marginallaşmış Əli Kərimli indi nə edəcək?

15 may 2018 00:57
1818

Ötən həftə ABŞ Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirilib. Əvvəlkilərdən fərqli olaraq bu dəfə dinləmələrə “mühacir” adı ilə Avropa məskunlaşan - Orduxan Teymurxanla Emin Milli kimi antmilli ünsürlər, şər-böhtan və söyüş makinaları da qatılıblar. Lakin bu yazıda dinləmələrin mahiyyətindən deyil, ABŞ Helsinki Komissiyasında AXCP sədri Əli Kərimliyə münasibətindən danışacağıq. Məsələ burasındadır ki, ABŞ Massaçuses Universitetinin tarix elmləri üzrə professoru Odri Alştadt çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marjinal şəxsi “ və ya “ qocası” adlandırıb”. Bu barədə mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

N. Orduxanlı qeyd edib ki, amerikalı professor Əli Kərimlini “qoca” adlandırmaqla yanaşı, Azərbaycanda resursları olmayan biri kimi təqdim etdi: “O, Əli Kərimlinin irəli çıxmağa heç bir şanslarının olmadığını bildirib. Məruzəçinin bu çıxışından bir neçə gün ötsə də Ə. Kərimli ünvanına deyilən sözlərin təsirindən çıxa bilmir. Dinləmələrdən dərhal sonra AXCP sədri öz “komandası” ilə “Facebook” sosial şəbəkəsində Emin Milliyə qarşı hücum kampaniyası təşkil etməyə başladı. E. Millini Əli Kərimli ilə yanaşı, Cəmil Həsənli və digərləri təhqir etməkdən belə çəkinmirdilər. Bu təhqirlərin qarşılığında Emin Milli “Facebook”da canlı efirə çıxaraq Əli Kərimliyə “qoca” və ya “marjinal” sözünü o yox, Odri Alştadt dediyini bəyan etdi”.

Məsələ bununla da qurtarmadı. Kimisi Əli Kərimliyə haqq qazandırdı, kimi də onun həqiqətən artıq qocaldığını vurğuladı. Həqiqət də əslində AXCP sədrinin qocaldığını göstərir. Yadınızdadırsa, bu günə kimi ABŞ Helsinki Komissiyasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bir necə dəfə dinləmələr keçirib. Ötən dəfə konqresmen dinləmələrə məhz Əli Kərimlini dəvət etmişdi. Əli Kərimli də həmin dinləmələrə İngiltərədə yaşayan tələbə oğlu Türkel Kərimlini göndərmişdi. Görünür bu cür davranışdan sonra ABŞ helsinki Komissiyası Əli Kərimlini dinləmələrə dəvət etməkdən imtina edərək onu “qoca” adlandırıb. Bununla da ABŞ Əli Kərimliyə öz münasibətini ortaya qoymuş olub. Bəlkə də buna görədir ki, Əli Kərimli bir neçə gündür özünə gələ bilmir. Axı, “qocaldıqca” etibarlı gəlir mənbələri bir-bir əldən çıxmağa başlayıb. Xatirinizdədirsə bir müddət əvvəl Soros fondu da Əli Kərimli ilə iş birliyini müvəqqəti olaraq dondurmuşdu. Maraqlıdır, indi Əli Kərimli hansı yollara əl atacaq?

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...