KÖŞƏ

Şəmsiyyə Əliqızı

Siyasi dezertir

07 mart 2016 14:50
1601

Əli Kərimli bütün imkanlarını səfərbər edərək özünü siyasətdə diriltməyin yeni yollarını axtarır. Bütün imkanlarından istifadə edib, itirdiyi partiyanı və elektoratı geri qaytarmaq istəyir. Hal-hazırda mübarizəsini hakimiyyətə qarşı yox, AXCP-ni yenidən geri qazanmaq yolunda qurub. Bütün manevrlərini də sosial şəbəkələr üzərindən edir.  Ənənəvi olaraq yenə də əsas təbliğat vasitəsi sosial şəbəkələrdir. Hələ də özünü bəyənmişlik sindromundan yaxa qurtara bilməyən Əli Kərimli statuslarına gələn «like”»lari hesablamaqla məşğuldur. Amma nəticə olmayacaq və hər hansı nəticəni gözləmək də əbəsdir. Çünki Əli Kərimlinin hərəkətləri bir siyasətçidən daha çox sosioloq təsiri bağışlayır.

İndiki halda Ə.Kərimli, əslində, sosial şəbəkələrdəki saxta profillərin fonunda «yaşayan»” AXCP-nin sədri kimi xarakterizə olunmalıdır. Digər tərəfdən, keçirdikləri icazəli aksiyalara belə 200-dən artıq adam cəlb edə bilməyən bu şəxsin əsas qayəsinin nə olduğu hər kəsə bəllidir. Yəni, saxta profillər vasitəsilə özünü «təbliğ» etdiyini” düşünən, eləcə də yalnız «facebook”»da mövcud olan partiyasının yalançı «tablo»”sunu yaymaq istəyən Ə.Kərimli, bu yolla xarici ermənipərəst dairələrdən aldığı ianələrin kəsilməməsi uğrunda çarpışır. 

Sosial şəbəkələr vasitəsilə partiya idarə etdiyini düşünən Əli Kərimli tərəfdarları REAL Hərəkatı və bu təşkilatın icra katibi Natiq Cəfərliyə qarşı son günlər qarayaxma kampaniyası”na start verib. Natiq Cəfərli bildirib ki, kampaniyanın səbəbi REAL-ın uğurlarını qəbul etməməkdir: «Bunun səbəbi REAL-ın uğurlarını qəbul etməmək, yaxud pozğunluqdur, başqa adı yoxdur. Son dövrlərdə REAL-ın uğuru, təşkilatımızın iqtisadi komandasının öz fikirləri, proqnozları, analatik yazıları ilə ölkədə gedən proseslərin önündə olması bu insanlarda qıcıq yaradır. Bu normaldır, rəqabətdir. Amma rəqabət də beldən aşağı olmamalıdır. Həmişə məhəllə davasında belə olub, arqumentlər qurtardıqda söhbət söyüş, təhqir və ləkə yaxmağa keçir. Sadəcə öz səviyyələrini göstərib, hər kəsi də öz arşınları ilə ölçürlər”.»

AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi «Azadlıq”» qəzetinin ölkəmizə qarşı bəzi anti-azərbaycan, ermənipərəst dairələr tərəfindən həyata keçirilən şər kampaniyasının əsas təbliğat vasitələrindən biri olması ilə bağlı ölkə mətbuatında dəfələrlə kifayət qədər ciddi faktlara söykənən yazılar yer alıb. Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, ölkə daxilində baş verən müsbət hadisələrə, o cümlədən həyata keçirilən uğurlu siyasi, iqtisadi islahatlara kölgə salmaq, ictimai fikri yanlış istiqamətə yönləndirmək üçün «qara piar”» kampaniyası həyata keçirmək bu qəzet üçün məlum dairələr tərəfindən müəyyənləşdirilmiş və hazırda icra olunan başlıca vəzifədir. Qısası, onu deyə bilərik ki, dünyanın hansı ölkəsində Azərbaycan dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal «Azadlıq»” qəzetinin səhifələrində görünür. Bu qəzetdə özünə yer tapan, demək olar ki, hər bir məqalədə hədəf Azərbaycan dövlətçiliyi olur.

Bu gün siyasi palitramızın autsayderi olan Əli Kərimli cəmiyyətin müxtəlif təbəqələri tərəfindən həm də «siyasi» dönük” kimi səciyyələndirilir. Bu isə təsadüfi deyil. O, bu «adı”» öz satqın fəaliyyəti ilə qazanıb. Vaxtilə AXCP-ni, sonrakı mərhələlərdə isə qoşulduğu müxtəlif «birlik»ləri” parçalayan «siyasi» dezertir” Əli Kərimlinin bu fəaliyyətinin mərkəzində nə olursa olsun, necə olursa olsun, öz mənfəəti dayanır. Bu isə onun sonunu hazırlayan ən önəmli detallardan biri olub.